Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda genişzolaqlı internet şəbəkəsinə çıxış əldə edilib və internet sürəti 7 dəfə artıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə forumunda deyib.
Onun sözlərinə görə, Davos forumunun 2026-cı il hesabatına görə, kiberdələduzluq qlobal iqtisadiyyatda ildə təxminən 1,1 trilyon dollar zərər vurur:
"Sorğu iştirakçılarının 73%-i son 1 ildə özünü və ya yaxınlarını kiberdələduzlarla üzləşdiyini deyir. Bu kontekstdə Milli Kiber Təhlükəsizlik Agentliyinin rolu xüsusi vurğulanmalıdır. Agentliyin əsas missiyalarından biri də vətəndaşa kiberdələduzluq sxemləri və rəqəmsal təhlükələri vaxtında tanımağı öyrətməkdir".