Samir Məmmədov Birmarketin CEO su təyin edilib

26.01.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın aparıcı elektron ticarət platformalası "Birmarket"in rəhbərliyində dəyişiklik olub.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin Baş İcraçı direktoru postuna Samir Məmmədov təyin edilib.

O, yanvarın 5-dən vəzifəsinin icrasına başlayıb. Bu vəzifəni daha əvvəl Rauf Qulaməliyev icra edib. O, "PASHA Group" ilə əməkdaşlığını Məsləhətçi vəzifəsində davam etdirəcək.

S.Məmmədov daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı "PashaPay"in Baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb.

"Birmarket" Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi "Bir"in aparıcı brendlərindəndir, çoxkateqoriyalı "marketplace" olaraq müştərilərinə gündəlik istehlak ehtiyaclarını qarşılamaq üçün geniş məhsul çeşidi təqdim edir. Platforma müxtəlif kateqoriyalar üzrə məhsulları bir məkanda cəmləyərək rahat və əlçatan alış-veriş imkanı yaradır. Bir ekosisteminin tərkib hissəsi kimi həm müştərilər, həm də tərəfdaşlar inteqrasiya olunmuş ödəniş həlləri, kredit və taksit imkanları, "Bir Bonus" və digər ekosistem üstünlüklərindən faydalana bilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью