Samir Nuriyev: WUF13 də iştirak üçün 28 min nəfər qeydiyyatdan keçib

07.05.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasında deyib.

S.Nuriyev onların təxminən yarısını xarici nümayəndələr təşkil etdiyini bildirib, bunun WUF13-ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью