Samir Rzayev: Aviasiyada reaktiv yanacaq istehlakı gündəlik 2 milyon barel arta bilər

20.11.2024

Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Operativ Media" xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezindeti Samir Rzayev COP29 çərçivəsində keçirilən “Beynəlxalq Aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirəsində deyib.

Onun sözlərinə görə, aviasiya sahəsində gündəlik 6,3 milyon barel reaktiv yanacaq istehlak edilir: “Bu göstəricinin gündəlik 8,3 milyon barelə qədər artacağı proqnozlaşdırılır. Beləliklə, əlavə 2 milyon barel gündəlik yanacağa ehtiyac olacaq”.

O bildirib ki, "yaşıl maliyyələşdirmə"ni genişləndirmək və artırmaq çox vacibdir: “Biz bunu keçid kimi xarakterizə etməməliyik. Çünki şirkətlər uzun müddət belə layihələrə ehtiyac duyacaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью