Samir Şərifov: Neftqaz sahəsində gəlirlərimiz 750 milyon manat azalacaq

18.11.2024

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neft-qaz sahəsində gəlirlərimiz 750 milyon manat azalacaq”.

Sherg.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gəlirlərin azalması neft yataqlarının tükənməsi ilə əlaqədardır: “Çünki illərlə onlar istismar olunmaqdadır. Bununla əlaqədar hökumət addımlar atmaqdadır. Qeyri-neft sektorunda müsbət dəyişikliklər baş verməkdədir. Qeyri-neft sektorundan 960 milyon manat daxilolamalarımız var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью