Samir Şərifova yeni vəzifə verildi

31.07.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri təyin edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov tərəfindən qərar qəbul olunub.

Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın yeni tərkibi təsdiqlənib. Komissiyaya rəhbərlik Baş nazirin müavini Samir Şərifov tərəfindən həyata keçiriləcək.

Mərkəzi Komissiya ölkədə əhalinin siyahıyaalınmasının təşkili, əlaqələndirilməsi və bu prosesə zəruri dəstəyin təmin olunması istiqamətində fəaliyyət göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью