Samir Vəliyev vətəndaş qəbulu keçirdi Foto

19.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 19-da Milli Məclisin deputatı Samir Vəliyev Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında vətəndaş qəbulu keçirib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Samir Vəliyev vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью