Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi çəkisindəki dəyişikliklərə görə onu tənqid edənlərə irad tutub.
“Yeni Sabah” xəbər verir ki, müğənni çəkisinin tez-tez dəyişməsinin səhhəti ilə bağlı olduğunu vurğulayıb:
"Məni həqiqətən sevənlər kök də, arıq da sevirlər. Bəli, səhhətimlə bağlı problemlər var. İldə 4-5 dəfə, təxminən bir ay ərzində bədənim sözümə baxmır. Amma bu, heç kimə mənimə lağ etməyə, qarğışlamağa və ya haqqımda artıq-əskik danışmağa haqq vermir. Ağıllı olun! Bu cür sözlər məni işimdən soyutmaz. Vaxtınızı boş yerə sərf etməyin!" pizza