Samirə Əfəndi yenidən Avroviziya səhnəsində Video

16.05.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avroviziya-2025” mahnı müsabiqəsinin ikinci yarımfinalında səhnəyə qonaq ulduz qismində 2021-ci ildə ölkəmizi müsabiqədə təmsil edən müğənni Samirə Əfəndi çıxıb.

Axşam.az xəbər verir ki, o, gecədə “Kleopatra” mahnısını ifa edərək şou göstərib.

Samirə ilə yanaşı səhnəyə “Avroviziya-2020”də ölkələrini təmsil etməli olan bir sıra müğənnilər də çıxıb.

Qeyd edək ki, Əfəndi sözügedən mahnını 2020-ci ildə pandemiya səbəbindən "Avroviziya" səhnəsində səsləndirə bilməmişdi. O, 2021-ci ildə “Mata Hari” mahnısı ilə 20-ci olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью