Samirə oğlundan eşitdiyi cavaba şoka düşdü: Al, bu da sənin nəvən”

08.07.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Tanınmış müğənni Samirə ƏliMəryəm  “Qonaq Canlı” verlişində şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi cavan yaşda nənəlik hissini yaşamağı çox arzuladığını, lakin oğlunun hələ ki ailə həyatı qurmağa tələsmədiyini bildirib. Övladının bu məsələyə yumorla yanaşdığını deyən ifaçı evin daxilində yaşanan maraqlı bir hadisəni bölüşüb:

“Oğlumun hazırda 27 yaşı var, tezliklə 28-i tamam olacaq. Amma hələ ki evlənmək ab-havasında deyil. Bir gün evə pişik gətirib mənə dedi ki, ‘Nəvə istəyirdin, al, bu da sənin nəvən’. İndi mən də məcbur qalıb həmin pişiyə baxıram”. Toyuqlu pizza

Hər bir valideyn kimi övladının toyunu görmək istədiyini gizlətməyən Samirə hər şeydən öncə onun xoşbəxtliyinin vacib olduğunu vurğulayıb.

Cəlalə Cəlalqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью