Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfendi yenidən münsif kürsüsündə əyləşək.
Axşam.az xəbər verir ki, ifaçı Moldovanın "Avroviziya" Mahnı Müsabiqəsinə iştirakçı seçmək üçün təşkil etdiyi milli seçim turu - "Selectia Nationala 2026"nın finalında münsif qismində yer alacaq. O, tədbir çərçivəsində səhnə performansı da təqdim edəcək.
Final 17 yanvar tarixində keçiriləcək.
Qeyd edək ki, Samirə bundan əvvəl "Silk Way Star" beynəlxalq musiqi layihəsinin münsif kürsüsündə əyləşmişdi. Samirənin finalda səsvermə zamanı bütün iştirakçılara, həmçinin, Ermənistan təmsilçisi Saro Gevorqyana 12 xal verməsi və qucaqlaması qalmaqala səbəb olmuşdu.