Sammit ərəfəsində 100 dən çox robot eyni vaxtda rəqs etdi FOTO VİDEO

19.11.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində 100-dən çox insanabənzər robotun iştirakı ilə şou təşkil olunub.

Lent.az xəbər verir ki, robotlar şəhər mərkəzində sinxron şəkildə rəqs edib, kunq-fu hərəkətlərini nümayiş etdiriblər.

Təxminən iki metr hündürlüyündə olan robotlar turistlərin böyük marağına səbəb olub.

Nümayiş zamanı robotlaşdırılmış qol vasitəsilə ziyarətçilərə dondurma da paylanılıb.

Qeyd edək ki, Şençjen ABŞ, Rusiya və Çin liderlərinin iştirak edəcəyi APEC sammitinə ev sahibliyi edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью