Sammit iştirakçıları Qarabağa yola düşdü

07.11.2024

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

Bakupost.az xəbər verir ki, qonaqları Füzuli Hava Limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

Qeyd edək ki, səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью