Samoa adalarının nümayəndəsi: Paris sazişi ilə bağlı işlər görməliyik

21.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Mövcud sənədlərin qarşımızda olmasını yüksək qiymətləndiririk. Biz Paris sazişinin həyata keçirilməsi üçün təxirəsalınmaz ehtiyacları əks etdirən sənədlər hazırlamaq istəyirik.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri COP29 çərçivəsində təşkil edilmiş "Qurultay"da çıxışında Samoa adalarının nümayəndəlsi bildirib.

"Bütün ölkələrin ehtiyaclarını nəzərə almaq lazımdır. Əgər bəzi çox vacib elementləri itirsək, Paris sazişi öz hədəflərini itirəcək",- nümayəndə qeyd edib.

Onun bildirdiyinə görə, Paris sazişinə zidd olan bir qərar qəbul etmək mümkünsüzdür.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью