“Samoqon” 5 nəfərin həyatına son qoydu

14.01.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özbəkistanda alkoqoldan kütləvi zəhərlənmə qeydə alınıb.

Avtosfer.az özbək teleqram kanallarına istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, daha 5 nəfər ağır formada zəhərlənib. Ölənlərin sayının artacağı istisna edilmir. 

Polisin ehtimalına görə zərərçəkənlər kustar üsulla hazırlanan araqdan (samoqon), ya da hansısa mənşəyi bilinməyən aşağı keyfiyyətli araqdan zəhərləniblər. 

Zərərçəkənlərin vəziyyəti ağır olduğundan onların ifadələrinin alınması mümkün olmayıb.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью