Sampdoria C liqasına düşüb

14.05.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Sampdoria B Seriyasını tərk edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, komanda son turda səfərdə “Stabia” ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticə ilə klub 18-ci yerdə qərarlaşıb və C Seriyasına düşüb.

Sampdoria 1990/91 mövsümündə bir dəfə İtaliya çempionluğunu və İtaliya Superkubokunu qazanıb.

4 dəfə İtaliya kubokunu qazanıb.

Xatırladaq ki, genuyalılar 2022/23 mövsümünü 20-ci yerdə başa vuraraq İtaliya futbolunun yüksək divizionunu tərk etdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью