Sampdoriya tarixində ilk dəfə bu aqibəti yaşadı

14.05.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Sözügedən komanda 1946-cı ildən sonra ilk dəfə bu aqibəti yaşayıb. "Sampdoriya" 2022/23 mövsümündə elitada çıxış edib. İtaliyanın "Sampdoriya" klubu tarixində ilk dəfə C seriyasına düşüb.

Fanat.Az xəbər verir ki, Alberiko Evaninin komandası B Seriyasının final - 38-ci turunda “Yuve Stabia” ilə 0:0 hesablı heç-heçə oynayıb. 

Bununla da genuyalılar aşağı liqaya yuvarlanmamaq uğrunda mübarizədə uğursuzluğa düçar olub.

"Sampdoriya" ilə yanaşı, "Kosenza" və "Cittadella" da üçüncü diviziona düşüb. "Frozinone" və "Salernitana" pley-offda oynayacaq, "Breşiya" isə B Seriyasında yerini təmin edib.

“Piza” və “Sassuolo” artıq A Seriyasına birbaşa biletləri təmin ediblər. "Spetsia", "Kremoneze", "Yuve Stabia", "Katanzaro", "Çesena" və "Palermo" pley-offda elitaya qalan bir vəsiqə üçün oynayacaqlar.

Sözügedən komanda yarandığı vaxtdan - 1946-cı ildən sonra ilk dəfə bu aqibəti yaşayıb. "Sampdoriya" 2022/23 mövsümündə elitada çıxış edib. Komanda 1990/1991 mövsümündə İtaliya çempionu, 1984/1985, 1987/1988, 1988/1989, 1993/1994 mövsümlərində ölkə kubokunun, həmçinin 1991-ci ildə ölkə Superkubokunun, 2007-ci ildə İntertoto Kubokunun  qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью