S&Pdən manatın məzənnəsi ilə bağlı PROQNOZ

07.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

"S&P Global Ratings" Azərbaycanın manatın məzənnəsini sabit saxlamağa davam edəcəyini proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Reytinq Agentliyinin Azərbaycanın reytinq qiymətləndirməsində bildirilib.

Belə ki, agentlik 2028-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını müəyyən edib.

Qeyd edilib ki, məzənnənin 1,7 AZN səviyyəsində saxlanılması üçün hökumət valyuta bazarına müntəzəm müdaxilələr edəcək. Bununla belə, əgər hidrokarbon qiymətləri kəskin şəkildə düşərsə və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının əhəmiyyətli azalmasının qarşısını almaq üçün mübadilə məzənnəsini tənzimləməyi düşünəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью