Sampson Sabahda RƏSMİ

07.01.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sabah" heyətinə yeni basketbolçu cəlb edib.

Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan Trey Sampsonla müddəti 2025/2026 mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Karyerasına ABŞ-də NCAA Liqasında başlayan 24 yaşlı oyunçu Bolqarıstan və İsveçrədə legioner həyatı yaşayıb.

Son klubu İsveçrə təmsilçisi “Lugano Tigers” olan Sampson hücumçu mövqeyində çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью