Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nənələrimiz saçlarını şampunla yumurdu, balzam və kondisionerdən istifadə etmirdi, lakin buna baxmayaraq onların saçları müasir qadınların saçlarından qat-qat gözəl və həcmli idi.
Bunun səbəblərindən biri də keçmişdə saçlara baxım üçün istifadə olunan təbii vasitələrdir.
Bu vasitələr həm saçları çırk və yağdan təmizləyir, həm də onları əla qidalandırır.
Saglamolun.az sizi bu vasitələrdən bəziləri ilə tanış edir. 1.
Yumurta Yumurta həm saçları yaxşı yuyur, həm də kondisioner və balzam funksiyasını yerinə yetirir, saçları qidalandırır, uzanmasını sürətləndirir.
Saçın uzunluğundan asılı olaraq 1-2 yumurtanın sarısını çalın, nəm saçlara çəkin, sonra yaxşı yuyun.
Sonda saçları sirkə əlavə olunmuş su ilə yaxalayın. 2. Soda Tez yağlanan saçlar üçün əsl tapıntıdır.