Samsonova Adelaidada keçirilən WTA turnirində yarımfinala yüksəlib Doğru Xəbərlər

09.01.2025

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyalı tennisçi Lyudmila Samsonova Adelaidada keçirilən WTA turnirində yarımfinala yüksəlib.

1/4-də o, amerikalı Emma Navarronu 6:4, 6:4 hesabı ilə məğlub edib. Oyun 1 saat 21 dəqiqə davam edib.

Növbəti mərhələdə rusiyalı Daria Kasatkina (Rusiya) – Medison Keys (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.

Bundan əvvəl Kasatkina Adelaidada keçirilən WTA-nın ikinci raundunda dünyanın 371-ci raketkasını məğlub edib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью