Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Samsun vilayətində azərbaycanlı xanımla türkiyəli bəy ailə həyatı qurub.
Qaynarinfo xəbər verir ki Gənc cütlüyün toy mərasimi Vəzirköprüdə təşkil olunub.
Mehmet Yıldız və Sevinç Çalış toy mərasimlərində iki qardaş ölkə arasındakı dostluq və birliyi xüsusi olaraq vurğulayıb və mərasim boyu diqqətdə saxlayıblar.
Toyunda Çıxış edən bəy Mehmet Yıldız bunları deyib:
"İki millət, bir ürək. Ürəklər birləşəndə məsafələr mənasını itirir. Bu xoş günümüzdə bizi tək qoymayan ailələrimizə və bütün qohumlarımıza təşəkkür edirəm."
Mərasimdə iştirak edən ailə üzvləri, qohumlar və qonaqlar gənc cütlüyün xoşbəxtliyini böyük sevinclə qarşılayıblar.
Qafqaz