Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Samsungun bir sıra smartfonları Android 17 yeniləməsindən sonra böyük sistem yeniləmələri almayacaq.
Lent.az xəbər verir ki, şirkətin əvvəlki yeniləmə siyasətinə əsasən, “Galaxy S23” seriyası və bəzi digər modellər Android 17-ni son böyük Android versiyası kimi alacaq.
Bundan sonra cihazlara yalnız müəyyən müddət ərzində təhlükəsizlik yeniləmələrinin təqdim edilməsi gözlənilir.
Android 17-dən sonra bu 19 Samsung modeli yeniləmə almayacaq. Bunlar aşağıdakı modellərdir:
“Galaxy” S23, S23+, S23 Ultra, S23 FE;
“Galaxy” Z Fold 5, Z Flip 5;
“Galaxy” A54 5G, A34 5G, A24 4G;
“Galaxy” M54 5G, M34 5G;
“Galaxy” F54 5G, F34 5G;
“Galaxy” Tab S9, Tab S9+, Tab S9 Ultra, Tab S9 FE, Tab S9 FE+ və Tab S6 Lite (2024).