Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Samsung Electronics Galaxy S26 FE smartfonunu təqdim edib. Yeni model Android 17 bazasında One UI 9 əməliyyat sistemi ilə işləyir.
Smartfon 6,7 düymlük Dynamic AMOLED 2X, 120 Hz yenilənmə tezliyi və 1900 nit maksimal parlaqlığa malikdir. Cihaz Exynos 2500 prosessoru və 8 GB operativ yaddaşla təchiz olunub.
Galaxy S26 FE-nin əsas kamerası 50 MP, ultra genişbucaqlı kamerası 12 MP, telefoto kamerası isə 8 MP-dir. Telefoto obyektiv 3 dəfə optik yaxınlaşdırmanı dəstəkləyir. Smartfon 8K video çəkilişinə imkan verir.
Cihazda Galaxy AI funksiyaları, o cümlədən «Dairəyə al və axtar» və «Foto köməkçisi» təqdim olunur.
4900 mAh batareya 45 Vt naqilli və 15 Vt simsiz enerji yığmanı dəstəkləyir. Samsung 30 dəqiqəyə təxminən 69 faiz enerji yığma və 29 saata qədər video izləmə müddəti vəd edir.
Galaxy S26 FE IP68 mühafizəsinə, Gorilla Glass Victus+ ekran qorumasına və alüminium çərçivəyə malikdir. Şirkət model üçün 7 nəsil əməliyyat sistemi və 7 ilədək təhlükəsizlik yeniləməsi təqdim edəcək.
Smartfon 128, 256 və 512 GB yaddaş variantlarında, püstəyi, qrafit və tünd göy rənglərdə satışa çıxarılıb.
S.ELAY
XQ