Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cənubi Koreyanın Samsung şirkətinin 2027-ci ildə təqdim edəcəyi flaqman smartfon seriyasına yeni Galaxy S27 Pro modelini əlavə edəcəyi iddia olunur.
Redaktor.az xəbər verir ki, bu barədə çinli insayder Digital Chat Station məlumat yayıb.
Məlumata görə, Samsung Galaxy S27 Pro baza modellərlə Galaxy S27 Ultra arasında yerləşəcək və istifadəçilərə daha kompakt korpusda premium funksiyalar təqdim edəcək. Smartfonun 6,47 düymlük ekranla təchiz ediləcəyi bildirilir ki, bu da onu Ultra versiyasından daha kiçik edəcək.
İddialara əsasən, cihazda "Privacy Display" adlanan xüsusi məxfilik texnologiyası da yer alacaq. Bu funksiya ekranın məzmununun kənardan və müəyyən bucaq altında baxan şəxslər tərəfindən görünməsinin qarşısını alacaq. Hazırda belə texnologiyanın yalnız seriyanın ən üst modeli üçün nəzərdə tutulduğu qeyd edilir.
Bununla yanaşı, Galaxy S27 Pro modelində S Pen stilus dəstəyi olmayacaq. Bununla da şirkət flaqman seriyası daxilində modellər arasındakı fərqləri qorumağa çalışacaq.
Məlumata görə, Galaxy S27 Ultra isə 6,89 düymlük QHD+ ekran və S Pen dəstəyi ilə təklif olunacaq.
NURİYYƏ