Samsung Humanoid Robot Şirkətinin ən böyük səhmdarı oldu!

01.01.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Samsung" robot texnikası şöbəsinin gücləndirilməsinə böyük məbləğdə investisiya yönəldib.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, "Samsung Electronics", "Rainbow Robotics"in ən böyük səhmdarı olduğunu rəsmi olaraq açıqlayıb. Cənubi Koreyalı robototexnika şirkətində payını 14,7%-dən 35%-ə yüksəldən "Samsung" bu investisiya üçün 181 milyon dollar ödəyib.

"Rainbow Robotics"in ən böyük səhmdarı olduqdan sonra "Samsung", şirkətin robot texnikası departamentini gücləndirməyi hədəflədiyini açıqlayıb. O, bu addımı insanabənzər robotların inkişafını sürətləndirmək üçün atdığını bildirib.

Şirkətin bu müqaviləni 2025-ci ilin fevralında tamamlaması gözlənilir. Bundan əlavə, "Rainbow Robotics" "Samsung"un qlobal marketinq gücündən istifadə edərək xaricə genişlənməyi planlaşdırır.

Cənubi Koreyanın robototexnika şirkəti istehsal və logistika sahələrində istifadə oluna bilən mobil robotlar hazırlayan şirkət kimi seçilir. 2011-ci ildə KAIST tədqiqatçıları tərəfindən yaradılmış şirkət o vaxtdan bu sahədə mühüm layihələr həyata keçirib. Bu investisiya ilə "Samsung" şirkəti öz törəmə şirkəti kimi alacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью