Samsung istifadəçilərindən üzr istədi SƏBƏB

05.08.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Samsung" "Galaxy S26 Ultra" smartfonlarının ekranında qırmızı ləkələrin yaranması ilə bağlı şikayətlərə cavab verib.

Redaktor.az xəbər verir ki,  "Android Authority"nin məlumatına görə, problem bəzi cihazların ekranının mərkəzində qırmızı rəngin görünməsi ilə bağlıdır.

Şirkət bildirib ki, bu hal istehsal qüsuru hesab edilmir və problemin adi əməliyyat sistemi yeniləməsi ilə aradan qaldırılması mümkün deyil.

"Samsung" istifadəçilərdən yaranmış narahatlığa görə üzr istəyib. Şirkətin məlumatına görə, "Galaxy S26 Ultra" sahibləri istənilən rəsmi xidmət mərkəzinə müraciət edərək ekranı pulsuz kalibrasiya etdirə bilərlər.

Bundan başqa, "Samsung" problemi ev şəraitində həll etməyə imkan verəcək xüsusi proqram üzərində də işləyir.

Şirkət bunun genişmiqyaslı geri çağırış tələb edən problem olmadığını bildirib.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью