Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Samsung” şirkəti “Galaxy” telefonları üçün təqdim etdiyi “Quick Measure” və “AR Doodle” adlı artırılmış reallıq tətbiqlərini dekabrın 31-də “Galaxy Store” mağazasından siləcək.
“Yeni Sabah” xəbər verir ki, bu tətbiqlər “Samsung” telefon istifadəçiləri üçün faydalı vasitələr hesab olunurdu. “Quick Measure” telefonu virtual xətkeşə çevirən tətbiqdir. Onun köməyi ilə istifadəçilər real əşyaların ölçüsünü və sahəsini müəyyən edə bilirlər.
“AR Doodle” isə foto və videoların üzərində şəkillər çəkməyə, həmçinin üçölçülü effektlər əlavə etməyə imkan verir. ShopByBro
“Samsung” hər iki tətbiqin mağazadakı səhifəsinə onların fəaliyyətinin dayandırılması ilə bağlı bildiriş əlavə edib. Bildirişə əsasən, dekabrın 31-dən sonra tətbiqləri yeni istifadəçilər üçün yükləmək mümkün olmayacaq. Həmçinin mövcud tətbiqlər üçün yeniləmə dəstəyi də dayandırılacaq. Tətbiqləri əvvəllər yükləyənlər onlardan istifadə etməyə davam edə biləcəklər. Lakin şirkət bəzi funksiyaların düzgün işləməyəcəyi barədə xəbərdarlıq edib. Bu tətbiqlər “Samsung”un gələcək əməliyyat sistemi versiyalarına uyğunlaşdırılmayacaq. Buna görə də 2027-ci ildə telefonun proqram təminatının yenilənməsi “Quick Measure” və “AR Doodle” tətbiqlərinin fəaliyyətində problemlərə səbəb ola bilər.
Şirkət yarana biləcək narahatlığa görə üzr istəyib və gələcəkdə daha təkmilləşdirilmiş xidmətlərlə geri qayıtmağı hədəflədiyini bildirib.