Samsung un yeni smartfonu yalnız iki ölkədə satışa çıxarılacaq

10.04.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Samsungun ultra nazik smartfonu yalnız iki ölkədə - Çin və Cənubi Koreyada satışa çıxarılacaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə "GizmoChina" nəşri məlumat yayıb.

Məlumata görə, "Samsung Galaxy S25 Edge" yalnız Çin və Cənubi Koreyada məhdud sayda buraxılacaq.

Nüfuzlu insayder "Ice Universe" bunu "Samsung"un bazarın çox qeyri-adi flaqmana reaksiyasını yoxlamaq istəyi ilə bağlı ola biləcəyini bildirib. Çünki bu telefonun xüsusiyyətləri yüksək səviyyəli cihazla bağlı ənənəvi gözləntilərə tam uyğun gəlmir.

Qeyd edək ki, bundan əvvəl həmin modelin mayın 13-də təqdim ediləcəyi gözlənilirdi.(Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью