Samsung və Apple üçün pis xəbər: satışlar azaldı

14.01.2025

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qlobal smartfon nəhəngləri “Samsung” və “Apple”-ın satışları ötən ilin son rübündə azalıb.

Publika.az xəbər verir ki, bu barədə “International Data Corporation” (IDC) bazar araşdırması şirkəti hesabat hazırlayıb.

2024-cü ilin son rübündə qlobal smartfon satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 331,7 milyon ədəd təşkil edib.

IDC məlumatlarına görə, “Apple” ötən ilin son rübündə 23,2 faiz bazar payı ilə birinci yerdə qərarlaşıb.

“Samsung” 15,6 faiz bazar payı ilə ikinci, “Xiaomi” isə 12,9 faizlə üçüncü olub.

Roza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью