Samsung yüzlərlə işçisini işdən çıxaracaq

20.07.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" ABŞ-dakı istehlakçı elektronikası fəaliyyətini yenidən təşkil etmək çərçivəsində yüzlərlə əməkdaşını işdən çıxaracaq.

Banco.az xəbər verir ki,  şirkət eyni zamanda ABŞ-dakı baş qərargahını Nyu-Cersi ştatından Texasa köçürmək qərarı verib.

İxtisarlar əsasən "Samsung Electronics America" (SEA) şirkətinin displey, smartfon və digər istehlakçı elektronikası bölmələrində çalışan əməkdaşları əhatə edir.

"Samsung" isə qərargahın Texasa köçürülməsinin məqsədinin texnologiya və süni intellekt ekosistemində komandalar arasında əməkdaşlığı gücləndirmək, həmçinin şirkətin fəaliyyətini daha səmərəli təşkil etmək olduğunu açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью