“Samsung”dan yeni qatlanan telefon

24.07.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Cənubi Koreyanın texnologiya şirkəti “Samsung” Londonda keçirilən tədbirdə yeni nəsil qatlana bilən smartfonu “Galaxy Z Fold8” modelini təqdim edib.

“Bakupost” xəbər verir ki, yeni model əvvəlki versiyalarla müqayisədə daha nazik və yüngül dizayna malikdir. Smartfon “Qualcomm Snapdragon 8 Elite” prosessoru, 12 GB RAM, 256 GB, 512 GB və 1 TB yaddaş variantları ilə təklif olunur.

Cihaz 200 meqapiksellik əsas kamera, süni intellekt dəstəyi ilə təkmilləşdirilmiş foto imkanları və “Galaxy AI” funksiyaları ilə təchiz edilib.

Şirkət bildirib ki, “Galaxy Z Fold8” artıq ön sifarişə açılıb və iyulun sonundan etibarən satışa çıxarılacaq. Modelin başlanğıc qiyməti 1 899 dollar, “Galaxy Z Fold8 Ultra” modelinin qiyməti isə 2 099 dollar olacaq.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью