“Samsung”un “Galaxy S25” seriyası təqdim edildi

23.01.2025

Icma.az bildirir, Publika.az portalına istinadən.

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” yeni “Galaxy S25” smartfon seriyasını təqdim edib.

Publika.az xəbər verir ki, yeni seriyada əsas dəyişiklik süni intellektlə bağlıdır. Bu, cihazları adi smartfondan fərqli olaraq, istifadəçiyə şəxsi intellektual köməkçi kimi xidmət göstərə biləcək səviyyəyə çatdırır.

Digər bir diqqət çəkən yenilik isə üç modelin - Galaxy S25, S25 Plus, və S25 Ultra - hər birinin eyni prosessorla (Snapdragon 8) təchiz olunmasıdır.

“Galaxy S25” seriyasının satışa çıxarılma tarixi və qiymətləri hələlik açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью