futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin “Samsunspor” klubu Konfrans Liqasının II turunda “Dinamo”nu (Kiyev, Ukrayna) məğlub edib – 3:0.
Futbolpress.az xəbər verir ki, tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan Samsun təmsilçisi ardıcıl ikinci oyunda qələbəyə sevinib.
“Samsunspor” bundan öncə “Legiya” səfərində minimal hesablı qələbəyə sevinmişdi – 1:0.
İki “quru oyun”la üç xal qazanan komanda həm də tarixə düşüb. Belə ki, “Samsunspor” avrokuboklarda oynadığı ilk iki oyunda qol buraxmadan qələbə qazanan ilk Türkiyə klubu olub.