“Samsunspor” Tomas Raysla bağlı qərarını verib Daha 2 il

15.12.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

“Samsunspor” baş məşqçisi Tomas Raysla bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klubun prezidenti Yüksel Yıldırım sosial media hesabında paylaşdığı açıqlamada alman mütəxəssislə müqavilənin 2 il müddətinə uzadılması ilə bağlı razılığa gəldiklərini bildirib.

Yıldırımın sözlərinə görə, müqavilə qış fasiləsində yenilənəcək:

“Tomas Rays hocamızla müqavilənin 2 il daha uzadılması barədə anlaşmaya vardıq. Qış fasiləsində yeni müqavilə imzalanacaq. Klubumuzun gələcək hədəfləri və yeni transferlər mövzusunda da razıyıq. Hər şeyi addım-addım yoluna qoyacağıq. Hədəflərimizə əmin addımlarla irəliləyəcəyik.”

Qeyd edək ki, "Samsunspor" Super Liqada 25 xalla 6-cı pillədə qərarlaşıb.

Braziliyalı futbolçu “Milan”ın radarında Türkiyədə şok qərar: baş məşqçi istefa tarixini açıqladı İspaniya klubunda ayrılıq - RƏSMİ “Tottenhem” İqor Tiaqo üçün hərəkətə keçdi, “Brentford”dan yüksək qiymət Səudiyyə Ərəbistanından Salah üçün 114 milyon avroluq təklif
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью