Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
''Qalatasaray''ın ''Samsunspor''u 3:2 məğlub etdiyi qarşılaşmaya son anlardakı epizod damğa vurdu.
"Football-plus.az" xəbər verir ki, əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə ''Samsunspor''un sağ cinahdan hücumu zamanı top ''Qalatasaray''ın sol müdafiəçisi Kazımcan Karataşın əlinə dəydi.
Əl açıq vəziyyətdə olduğundan hər kəs hakimin VAR tərəfindən monitora dəvət olunacağını və penalti təyin edəcəyini düşündü.
Amma 2 dəqiqədən çox davam edən VAR incələməsindən sonra hakim monitora dəvət olunmadı və final fiti səsləndi.Epizod sosial şəbəkələrdə çox böyük müzakirələrə səbəb oldu və ''Qalatasaray''ın hakimlər tərəfindən qorunması mövzusu yenidən gündəmə gəldi.''Fənərbaxça'' da kənarda qalmadı.
Başqan Sadəttin Saran Türkiyə Futbol Federasiyasından bu epizoda və VAR-ın nə üçün hakimi təkrara baxmağa dəvət etməməsinə aydınlıq gətirməsini tələb etdi.''Samsunspor''un ekstravaqant prezidenti Yüksəl Yıldırım isə gözlənildiyi kimi ''od püskürdü''.
Hələ oyundan öncə ''ədalətli hakimlik olsa, ''Qalatasaray''dan xal alacağıq'' açıqlamasını verən Yıldırım ''Ekol TV''yə bunları dedi: ''Çox əsəbiyəm.
Bizdən derbinin intiqamını aldılar. Bu gün bizi meydanda yox etdilər. Xərclədiyim bütün pullar haram olsun!