Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə çempionatının 15-ci turunun açılış oyununda ''Qalatasaray'' ''Samsunspor''u qəbul etdi.
"Football-plus.az" xəbər verir ki, bu mövsüm Türkiyəni avrokuboklarda təmsil edən kollektivlərin dueli çox maraqlı və məhsuldar alındı.
İstanbul nəhəngi Sane və Osimhenin qolları ilə ilk yarını 2:0 öndə tamamladı.
Son çempionun asan qələbə qazanacağı düşünülsə də, belə olmadı.
Konfrans Liqasında əsas mərhələnin lideri olan ''Samsunspor'' ikinci hissədə özünə gələrək hətta hesabı bərabərləşdirməyə də müvəffəq oldu.
Son vaxtlar müdafiədə problemlər yaşayan ''Cim-Bom'' son 8 rəsmi oyunun 7-də qapısını toxunulmaz saxlaya bilməyib.
Amma komandanın dadına yenə Osimhen çatdı. 75 milyon avroluq forvard əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə başı üzərindən vurduğu akrobatik