Samuel Eto'o İnfantinonu dəstəklədi

25.08.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Samuel Eto'o İnfantinonu dəstəklədi

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O FİFA prezidenti Canni İnfantinonu dəstəkləyib.

QOL.az xəbər verir ki, bu barədə sabiq futbolçu CNN-ə açıqlamasında danışıb.

Eto'O İnfantinoya qarşı son dövrlərdə artan tənqidin əsas səbəbini 2027-ci ildə keçiriləcək FİFA prezident seçkiləri ilə əlaqələndirib:

“Düşünmürəm ki, Canni İnfantino hər hansı səhvə yol verib. Hesab edirəm ki, bütün bunlar qarşıdan gələn seçkilərlə bağlıdır. İnfantino yenidən namizədliyini irəli sürüb və baş verənlərin hamısının səbəbi budur”.

Kamerunlu funksioner İnfantinonun futbolun inkişafına böyük töhfələr verdiyini də deyib:

“İnfantino futbolu dəyişib. Əvvəllər belə imkanı olmayan ölkələrə dünya çempionatında iştirak etmək şansı verib. Kiçik ölkələr üçün bu turnirdə yerlər açıb. O, bizim qitəmizə kömək edib, federasiyalarımızın daha sürətlə inkişaf etməsinə şərait yaradıb. Biz bunu qəbul etməli və onun indiyə qədər etdiklərinə görə dəstək verməliyik”.

Eto'O həmçinin FİFA-nın mübahisələrə səbəb olan FIFA Forward Enterprise (FFE) layihəsinin yenidən müzakirəyə çıxarılmasını istədiyini bildirib. Onun sözlərinə görə, layihə xüsusilə Afrika ölkələrinin futbolunun inkişafına ciddi maliyyə dəstəyi verə bilər.

Qeyd edək ki, FFE çərçivəsində FİFA-nın kommersiya hüquqlarını idarə edəcək ayrıca şirkətin yaradılması və gələcəkdə onun təxminən 20 faiz payının özəl investorlara satılması nəzərdə tutulurdu. Layihə bir sıra konfederasiyaların ciddi etirazı ilə üzləşdikdən sonra geri çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью