Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mirandes" "Rayo Valyekano"nun hücumçusu Etyen Eto'nu icarəyə götürüb.
Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Futbolçu sentyabrın 2-də yeni komandasına qoşulub.
Qeyd edək ki, Kamerun yığmasının əfsanəsi, "Barselona"nın sabiq hücumçusu Samuel Eto"onun 23 yaşlı oğlu "Rayo Valyekano"nun əsas heyətində 3 oyuna çıxıb və 1 qol vurub.
O, ikinci komandanın heyətində də 6 oyunda 6 dəfə fərqlənib. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.