Samur Abşeron” kanalındakı faciə uşaqlar şəkil çəkdirərkən baş verib TƏFƏRRÜATLAR/ÖZƏL

28.11.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi bu gün axşam saatlarında "Samur-Abşeron” su kanalı ərazisində faciə baş verib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, məktəblilər kanal ərazisinə şəkil çəkdirmək üçün gediblər.
Belə ki, 12 yaşlı Ömər Zeynallı qardaşı 11yaşlı Tunar Zeynallı və 13 yaşlı Hüseyn Allahverdiyev ilə birlikdə bu gün saat 15 radələrində şəkil çəkdirmək məqsədilə "Samur-Abşeron" su kanalının
Siyəzən rayonu ərazisindən keçən hissəsinə gediblər. 
Kanalın kənarında şəkil çəkdirdikləri zaman Hüseyn Allahverdiyev müvazinətini itirərək "Samur-Abşeron” su kanalına düşüb.
Yeniyetmənin tapılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sonuncunun meyiti "Samur-Abşeron" su kanalının Siyəzən rayonu Zarat kəndindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью