Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya ilə sərhəddə çayı üzərək keçmək istəyən Pakistan vətəndaşları saxlanılıb.
Yenisabah.az xəbər verir ki, mayın 25-də saat 22:20-də dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.
Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilib.
Saxlanılan şəxslər Pakistan vətəndaşları Begüm Raqia, Ahmed Suleyman, Sumera Süleyman Ahmed, 4 yaşlı Suleman Muhammed Sultan və 3 yaşlı Skender Muhammed Sultan olduğu müəyyənləşdirilib.