Samux sakinindən Kalaşnikov götürüldü

06.01.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və odlu silah-sursat saxlayan Ş.İsayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Ş.İsayevdən narkotik vasitə marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı ünvandan qanunsuz olaraq əldə edərək saxladığı "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью