Samuxda 12 yaşlı oğlan su kanalında batıb FOTO

17.08.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Samux rayonunda 2014-cü il təvəllüdlü Mirmusa Musayev su kanalında batıb.

Moderator.az xəbər verir ki, hadisə Şəmkir Su Kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunublar.

Hazırda uşağın axtarışları davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью