Samuxda 120 dən çox könüllü qanvermə aksiyasında iştirak edib

17.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Samux, 17 sentyabr, AZƏRTAC

Samuxda növbəti qanvermə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Samux Rayon İcra Hakimiyyətinin, Samux Rayon Mərkəzi Xəstəxanasının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən aksiyada 120-dən artıq könüllü şəxs iştirak edib.

Donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının xüsusi tibbi briqadası tərəfindən yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Aksiyada tədarük olunan qan ehtiyatından hemofiliyalı və talassemiyalı, həmçinin ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunması nəzərdə tutulub.

Müxbir – Vüsalə Cənnətova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью