Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub

10.08.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Kür çayında batan 17 yaşlı Gülnaz Məmmədovun faciəvi ölümünün bəzi detalları bilinib.

Bakıvaxtı.az xəbər verir ki, mərhum 10 yaşından kiqboksinq idman növü ilə məşğul olub. Dəfələrlə rayon çempionu, müxtəlif yarışların mükafatçısı, ikiqat Azərbaycan çempionu olub. İlkin məlumata görə, hadisə zamanı G.Məmmədova 6 yaşlı qardaşını xilas etmək istəyərkən suda boğulub.

Məlumat üçün bildirək ki, hadisə Samux rayonunun Yenikənd kəndində baş verib. Ailə həmin əraziyə istirahət üçün gəlibmiş.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью