Samuxda 18 yaşlı qız dəm qazından boğularaq öldü

06.12.2024

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü kənd sakini F. Abbaszadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью