Samuxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb

06.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü kənd sakini F. Abbaszadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью