Samuxda 2 nəfər bıçaqlandı Saxlanılan var YENİLƏNİB

09.09.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samuxda 39 yaşlı qadın bıçaqlanıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova və Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü Elşən Əsgərov qarının kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəni törətməkdə S.Abbasovanın qardaşı şübhəli bilinir.

Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.

***

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Əsgərova və S.Abbasovaya kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью