Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Samux rayonu ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Avtosfer.az-ın məlumatına görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayonun Sərkar kəndi ərazisində yabanı halda bitən çətənə kolları müəyyən olunub.
Polis əməkdaşları tərəfindən ümumi çəkisi 3 ton 300 kiloqram olan narkotik tərkibli çətənə kolları məhv edilib.