Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Samuxda zəhərlənmə hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki 1986-cı il təvəllüdlü X. Əsgərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadın vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə X. Əsgərova yaşadığı evdə sirkə turşusundan zəhərlənib.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.